İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibkarlardan İlham Əliyevə: “Əminik ki, bundan sonra da inkişaf davam edəcək”

320 15.02.2024 11:54 Ölkə A A

 

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası 7 fevral 2024-cü il tarixdə keçirilmiş prezident seçkilərində qələbə çalan Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Musavat.com Assoasiasiyaya istinadən xəbərə verir ki, təbrik mətnində İlham Əliyevin Azərbaycan xalqının istisnasız dəstəyini alaraq qələbə çaldığı vurğulanır: “Assosiasiyada birləşən quşçuluq təsərrüfatlarının 40 minlik kollektivi olaraq Azərbaycanı əzmlə qələbədən qələbəyə aparan, dövlətimizi qalib dövlət, xalqımızı qalib xalq statusuna çatdıran İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin daha da artacağına əminliyimizi bildiririk.

Fəxrlə bildiririk ki, artıq Azərbaycan ərzaqlıq və damazlıq yumurta idxalçısından bu məhsulların ixracatçısına çevrilib. Bu nailiyyətlər Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə əldə olunub.

Əminik ki, bundan sonra da Azərbaycanda sahibkarlar üçün yaradılan əlverişli biznes mühiti sayəsində inkişaf davam edəcək, daha böyük nailiyyətlər əldə olunacaq.

Azərbaycan xalqını daha böyük nailiyyətlərə, daha firavan həyata çatdıracaq, dövlətimizin qalibiyyətini daimi edəcək Ali Baş Komandana inamımız və etimadımız daimidir”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR