İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı

582 21.05.2024 12:14 Siyasət A A

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü haqında danışıb.

Musavat.com Trend-ə istinadən bildirir ki, S.Qafarova bildirib ki, 2024-cü il mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikinci görüşü zamanı Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.

"Görüş konstruktiv atmosferdə keçib. Tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər", - deyə o, əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR