İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahbaz Xuduoğlu: "Sərgiyə bu qədər maraq gözləmirdim" - Xırdalanda oxucu izdihamı VİDEO

1632 24.04.2022 19:55 Reportaj A A

Aprelin 23-24-də Abşeron Rayon İcra Hakimiyyəti, “Hədəf Nəşrləri” və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Xırdalan şəhəri,  Heydər Əliyev parkında “Oxu Günü-8” adlı tədbir keçirilib.

Musavat.com xəbər verir ki, “Gəlin birgə oxuyaq!” şüarı ilə keçirilən sərgidə otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, yazıçılar, şairlər, ziyalılar, incəsənət nümayəndələri iştirak edib.

Sərgidə kifayət qədər alıcı var idi və hər kəs kitablara maraq göstərirdi. Sərgiyə gələnlər bu cür tədbirlərin mütəmadi keçirilməsini arzuladılar.

Qeyd edək ki, Festival Azərbaycan Respublikası Təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla keçirilir.

Sərgidən hazırladığımız video-reportajı təqdim edirik:

 

Elçin Əkbərov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR