İnsanlara hürriyət, millətlərə istiqlal!

Sağ qalan kəşfiyyatçılar "Times"a gördükləri dəhşətlərdən danışdılar

1513 13.03.2023 15:55 Son xəbər A A

Rusiya qoşunları Luqanskın Kremennaya bölgəsində gecə-gündüz irəliləyir. Buradakı Ukrayna bölmələri tükənib və ağır itkilər verir.

AzVision.az xəbər verir ki, bunu "The Times" qəzeti Ukrayna Silahlı Qüvvələrinin 131-ci kəşfiyyat batalyonundan bu döyüşlərdə iştirak edənlərə istinadən yazır.

Baxmut uğrunda döyüşlər şiddətlənirOnların sözlərinə görə, Rusya Silahlı Qüvvələrinin bu sektorunda artilleriya və minaatanlardan aktiv şəkildə istifadə olunur. Ərazi hər gün bir neçə dəfə güclü atəşə tutulur və bundan sonra piyadalar döyüşə girirlər. Ukrayna bölmələrinin ağır itki verdiyi, əsgərlərin taqətdən düşdüyü qeyd edilir. Onlar Kremennaya yaxınlığındakı meşədə olani mövqelərini “lənətlənmiş meşə” adlandırırlar.

Ukraynalılar etiraf edirlər ki, Rusiya ordusunda xeyli sayda tank var. Ona görə də bu istiqamətdə uğurlu əks-hücum etmək çətin ki, baş tuta.

Qeyd edək ki, bir müddət öncə rus qoşunlarının Luqanskın Kremensk istiqamətində aktiv hücum əməliyyatına başlaması barədə məlumat yayılmışdı. Rusiya qoşunlarının Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmaq üçün kütləvi artilleriya atışları və tank zərbələrindən fəal istifadə etdiyi vurğulanır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR