İnsanlara hürriyət, millətlərə istiqlal!

"Saçımı yoldu və xoşagəlməz ifadələr işlətdi"

765 06.07.2026 14:40 Şou-biznes A A

Aktrisa Ülviyyə Xalinbekova məktəb illərində yaşadığı xoşagəlməz xatirəsini izləyiciləri ilə bölüşüb.

Musavat.com xəbər verir ki, aktrisa məktəb illərində yanaqlarının təbii olaraq qıpqırmızı olmasına görə riyaziyyat müəllimi ilə problem yaşayıb.

Qeyd edib ki, bu özəllik müəllimin ona qarşı kobud davranışına səbəb olub:

"Yanaqlarım həmişə təbii olaraq qıpqırmızı olurdu. Məktəbin riyaziyyat müəllimi bunu ənlik sanıb dəhlizdə hamının gözü qarşısında saçımı qəddarca yoldu və xoşagəlməz ifadələr işlətdi. Digər müəllimlər bunun təbii olduğunu deyəndən sonra da nə üzr istədi, nə də peşmanlıq göstərdi. Bu hadisədən 20 ildən çox vaxt keçib. Amma İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! Unutmadım, unutmaram!"

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR