İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq "Xəzər Lənkəran"lı paytaxt klubunu çalışdıracaq

506 07.06.2026 15:39 İdman A A

Gözlənilmədən "Şahdağ Qusar"dan ayrılan Elnur Abdullayevin işsiz günləri uzun sürməyəcək.

Gənc mütəxəssis artıq yeni təklif alıb. Uğursuz mövsüm keçirən "Səbail" baş məşqçi postuna onu gətirmək istəyir. Tərəflər arasında ilkin danışıqlar olub, razılıq əldə edilib. Böyük ölçüdə Abdullayev yeni mövsüm Bayıl təmsilçisinin başında olacaq.

"Səbail"i başa çatan sezonda Adil Şükürov çalışdırıb. Klub onun rəhbərliyi altında üçüncü yeri tutaraq Premyer Liqaya vəsiqə qazana bilməyib. Təcrübəli mütəxəssislə bağlı ayrılıq qərarı verilib. (sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR