İnsanlara hürriyət, millətlərə istiqlal!

Saatlıda Birinci Qarabağ müharibəsinin iki şəhidi ilə vida mərasimi keçirilir

470 12.07.2024 12:53 Ölkə A A

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Səfiyyə Müləzim qızı Rəhimova və Müsaddin Sədri oğlu Rəhimovun nəşi Saatlı rayonuna gətirilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidlərin nəşi Saatlı rayonunun Orta Muğan kəndində ailələrinə təhvil verilib.

Hazırda kənddə şəhidlərlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Səfiyyə Müləzim qızı Rəhimova 1936-cı il iyunun 1-də, Müsaddin Sədri oğlu Rəhimov isə 1963-cü il iyunun 1-də anadan olub. Onlar 1993-cü il oktyabrın 23-də Füzuli rayonunun Horadiz qəsəbəsində itkin düşüblər.

S.Rəhimov və M.Rəhimov Orta Muğan kənd qəbiristanlığında dəfn olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR