İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusların Qəzza zolağından çıxmasına icazə verilmir

479 01.11.2023 15:45 Dünya A A

Misir sərhədçiləri Rəfah keçid məntəqəsindən, ruslar istisna olmaqla, Fələstin tərəfdən gələn bütün xarici vətəndaşların keçməsinə icazə verirlər.

Musavat.com xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” qəzeti məlumat yayıb.

“İndi keçid məntəqəsində çoxlu rus var, amma ruslar üçün yaşıl dəhliz yoxdur. İnsanlar geri qayıtmayacaq, keçid məntəqəsində qalıb orada gecələyəcəklər. Qəzza zolağında yaşamaq mümkün deyil”, - nəşrin həmsöhbəti vəziyyəti şərh edib.

Onun sözlərinə görə, BMT əməkdaşları, İordaniya, Moldova, Avstriya və Afrika ölkələrinin vətəndaşları artıq keçid məntəqəsindən adlayıblar. Təxliyə siyahılarında ABŞ, Avstriya və Moldova vətəndaşları da var, ancaq rusiyalılar yoxdur.

“Konsul heç nə edə bilməz. Bu, sadəcə, bir kabusdur. Vəziyyət fəlakətlidir. Bizə deyirlər: işləyirik, gözləyin”, - deyə qadın bildirib.

Rəfah Misirlə Qəzza arasındakı yeganə sərhəd keçid məntəqəsidir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR