İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar təşviş içində: Üçüncü müdafiə xətti qurulur – Tural Abbaslı “Canlı debat”

941 08.11.2022 13:52 Gündəm A A

Melitopol yaxınlığında ruslar üçüncü müdafiə xəttini qurur və komendant saatını tətbiq edirlər.

Bu barədə “RİA Melitopol” məlumat yayıb. Məlumata görə, ruslar Polyanovka kəndindən bütün yerli əhalini çıxarıb, ora beton bloklar gətirirlər: "Ruslar insanların bağlarında səngər qazırlar. İşğalçılar öz aralarında üçüncü müdafiə xəttini qurduqlarını və Ukrayna Silahlı Qüvvələrinin hücumunu gözlədiklərini müzakirə edirlər. Onların qoşunları artıq təşviş içindədir, ruslar Ukrayna ordusunun tezliklə Kaxovkaya girəcəyini müzakirə edirlər və Ukraynanın Krıma daxil olacağından qorxurlar. Polyanovka yaxınlığında daha çox düşmən əsgəri var. İşğalçılar artıq uşaq bağçası, ibtidai məktəb binalarında, fərdi yaşayış evlərində məskunlaşırlar. Ruslar yerli sakinlərin şəxsi nəqliyyatını əlindən alıb və hər kəsə saat 16:00-dan sonra küçəyə çıxmağı qadağan ediblər".

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR