İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın təbii qazı kəsməsinin Almaniyaya ciddi təsiri: ağır sənaye çökə bilər

505 05.08.2022 14:53 İqtisadiyyat A A


Rusiyanın təbii qaz tədarükünü kəsməsi halında Almaniyada bütün tədarük və istehsal zəncirləri çökə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “OilPrice.com” saytı məlumat yayıb.

Alman kimya nəhəngi “Covestro”nun məlumatına görə, "Şimal axını" vasitəsilə qaz axınının kəskin azalması Avropanın ən böyük iqtisadiyyatında hasilat aktivliyində sərt düşüşə gətirib çıxaracaq.

“İlin ikinci yarısında makroiqtisadi risklər yenidən əhəmiyyətli dərəcədə artıb. Bu həm də çox yüksək enerji xərcləri və qaz təchizatındakı qeyri-müəyyənliklə bağlıdır,” -deyə şirkətin maliyyə direktoru Tomas Topfer bildirib.

Kimya sənayesi Almaniyada avtomobil və maşınqayırmadan sonra üçüncü ən böyük sənaye sektorudur və ölkədə 15%-lik payla ən böyük qaz istehlakçısı sayılır.

“Verband der Chemischen Industrie” (VCI) kimya assosiasiyasının baş direktoru Volfqanq Qross Entrup Almaniyanın kimya sənayesi Rusiyadan tədarükü ilə bağlı yaranan vəziyyətin qeyri-müəyyənliyi səbəbindən hasilatı dayandırmaq riski ilə üzləşib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR