İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın sabiq baş naziri xarici agent elan olundu

4258 24.11.2023 22:29 Dünya A A

Rusiya Ədliyyə Nazirliyi ölkənin keçmiş baş naziri Mixail Kasyanovu xarici agentlərin reyestrinə daxil edib.

Nazirliyin bununla bağlı yaydığı açıqlamada bildirilir ki, “Kasyanov xarici agentlərin qeyri-məhdud sayda insana mesaj və materiallarının yaradılmasında və yayılmasında iştirak edib, Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb”.

Məlumatda həmçinin Kasyanovun Ukraynadakı müharibəyə qarşı çıxış etdiyi, xarici strukturlarının təqdim etdiyi informasiya platformalarında rəyini açıqladığı qeyd olunur.

Qeyd edək ki, M.Kasyanov 1999-2000-ci illərdə Rusiyanın maliyyə naziri, 2000-2004-cü illərdə baş naziri olub. 2010-cu ildən Rusiya Xalq Azadlığı Partiyasının rəhbəridir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR