İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın de-marşı, Makronun əndişəsi, Şoltsın tərəddüdü

411 03.03.2024 18:03 Dünya A A

Fransa prezidenti Emmanuel Makron və Avropa elitaları Rusiyanın cəbhədəki uğurlarına görə panikaya düşürlər.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazır.

Materialda qeyd olunur ki, Avropa liderlərinin Parisdə Ukrayna sammitində görüşü zamanı Emmanuel Makron “Şərq və Qərbdən gələn təhlükələrlə bağlı artan çaxnaşma hissi nümayiş etdirib”.

Nəşr yazır ki, avropalıların çoxu getdikcə Rusiya Federasiyasının Ukrayna ilə münaqişədə qalib gəldiyinə inanmağa meyllidir. Həmçinin, nəşrə görə, Makron və Almaniya kansleri Olaf Şolts arasında Ukraynaya xarici qoşunların göndərilməsi ilə bağlı fikir ayrılıqları artır.

Bundan əvvəl məlum olub ki, Paris xüsusi təyinatlıların və digər hərbi birləşmələrin Ukraynaya daxil olmasına icazə vermək imkanını nəzərdən keçirir. Həmçinin bildirilib ki, Makron martın 7-də Fransa siyasi partiyalarının liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR