İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada qubernatoru bıçaqladılar: cinayətkar tutuldu və SƏBƏBİNİ AÇIQLADI - VİDEO

1213 05.04.2024 10:48 Dünya A A

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis Apatitıda yerli sakinlərlə görüşdən sonra bıçaqlanıb.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Çibis qarnından yaralanıb. Onu əməliyyat ediblər və hazırda həyati təhlükəsi yoxdur.

Qubernator əməliyyatdan çıxar-çıxmaz videomüraciət yayıb: "Ayağa qalxacam və mübarizəmi davam etdirəcəyəm".

Qubernator həkimlərə xilasetmə və peşəkarlıqlarına, sakinlərə isə dəstək sözlərinə görə təşəkkür edib.

Musavat.com "İzvestiya" qəzetinə istinadən onu bildirir ki, Murmansk vilayətinin qubernatoru Çibisi yaralayan şəxs artıq həbs edilib. Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb. Hücum edən şəxs saxlanılaraq dindirilib. O, sui-qəsdi düşmənçilik zəminində törətdiyini etiraf edib. Həmin şəxs qubernatoru şəxsən tanımadığını da deyib.

Müstəntiqlər cinayətin baş vermə şəraitinin aydınlaşdırılması üzərində işləyirlər.

Həmin şəxs əvvəllər də digərlərinin sağlamlığına yüngül xəsarət yetirmək ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunubmuş.

Qubernatora sui-qəsddə təqsirləndirilən şəxsin Sankt-Peterburqdakı mənzilində axtarış aparılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR