İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada nazir həmcinsi ilə münasibətdə oldu - istefa verdi

1890 12.04.2024 19:42 Dünya A A

Rusiyanın Samara vilayətinin gənclər siyasəti naziri Sergey Burtsev tabeliyində olan işçi ilə eynicinsli münasibətdə ittiham olunduqdan sonra istefa verib.

Bu barədə rəsminin "VKontakte" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn daha əvvəl Burtsevin işçisi ilə məzuniyyətdə olduğunu bildirmişdi. Deputat onların bir otaqda birlikdə qaldıqlarını qeyd edib. Xinşteyn təfərrüatları açıqlamasa da, qeydinə toyuq və ya xoruz başı şəklində emoji əlavə edib.

2023-cü ilin dekabrında Xinşteyn Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə rəhbəri general-mayor Oleq Boykonun milyonlarla dollar rüşvət almaqda şübhəli bilindiyini deyib.

Bundan sonra rüşvət almaqda təqsirləndirilən Oleq Boyko nəzarətə götürülüb./Qaynarinfo 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR