İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada donosbazlıq bütün hüdudları keçir - bu dəfə ayı şikayət edildi

911 19.03.2023 15:08 Region A A

Sankt-Peterburq sakini polisə “donos” yazaraq “Erarta” Müasir İncəsənət Muzeyinə qarşı yoxlamaya başlamaq tələbi ilə müraciət edib. Onun fikrincə, muzeydə nümayiş etdirilən rəsmlərdən birində rus ordusunu gözdən salan və ya vətənə xəyanət əlamətləri ola bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, tamaşaçıda şübhə doğuran tabloda kamuflyaj şortu geyinmiş sinəsi çılpaq bir adamın zəncirlə apardığı ayı təsvir edilib. Rəsmin altında kamuflyaj toru və qırmızı maddə ilə doldurulmuş hərbi dəbilqə var.

Tamaşaçı hesab edir ki, ayı Rusiyanı, yarıçılpaq personaj onun prezidenti Vladimir Putini, simvolik qanla doldurulmuş dəbilqə isə Ukraynadakı rus qoşunlarının hərəkətlərini təsvir edir.

“Diqqət, xəbər” teleqram kanalının məlumatına görə, tamaşaçı eksponatın ekspertizaya verilməsini və “burada yerləşdirilmiş mənaların müəyyən olunmasını” tələb edib. O, həmçinin rəsmin nümayiş olunduğu “Erarta” muzeyinin rəhbərliyinin hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmasını istəyib.

Qeyd edək ki, adı məlum olmayan rəssamın tablosu “Erarta Prize 2023” sərgisi çərçivəsində nümayiş etdirilir. Sərgidə iştirak üçün istənilən müəllif müraciət edə bilər. Tamaşaçılar və münsiflər heyətinin birgə səsverməsinin nəticələrinə görə, muzey hər il mükafatlar verir. Builki müsabiqədə 61 rəssam iştirak edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR