İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynada iki "Patriot" qurğusunu məhv edib- "Forbes"

755 10.03.2024 14:51 Dünya A A


Rusiya işğalçı müharibəyə başlayandan bəri ilk dəfə Ukraynada Patriot hava hücumundan müdafiə sisteminin 2 buraxılış qurğusunu məhv edib.

Musavat.com xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Pokrovsk yaxınlığında ruslar içərisində qurğuların quraşdırıldığı iki yqk maşını olan Ukrayna karvanını aşkarlayıblar.

Həmişəkindən daha sürətli reaksiya verən “İskəndər” hipersəsli yer-yer raketinin Rusiya ekipajı nişan alıb və birbaşa Ukrayna karvanını vurub. Nəticədə Patriot qurğuları ekipajları ilə birlikdə məhv olub.
"Forbes" həmçinin yazır ki, Ukraynanın “Patriot” batareyaları son bir ay ərzində onlarla rus qırıcı-bombardmançı təyyarəsini vurub və bu, “Rusiyanın havada üstünlüyünü heçə endirib”.
Ukraynada Patriot qurğularının dağıdılması barədə Almaniyanın "Bild" nəşrinin jurnalisti Julian Röpke də X sosial şəbəkəsində (Twitter) məlumat verib.

Bu arada, martın 9-da Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin "S-300" hava hücumundan müdafiə sisteminə hücum olduğu bildirilən videonu yayıb. Rusiya mediası ehtimal edir ki, bəlkə də bu görüntülər "Forbes"in bəhs etdiyi Patriot qurğularının məhvini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR