İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsi bu sahəni silkələyib - Fəlakət qapıda

822 29.08.2022 15:02 İqtisadiyyat A A
 
"Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra dərinləşən taxıl qıtlığı fonunda ölkələr yerli istehsalı artırmağa çalışırlar. 2022-ci ildə taxıl istehsalının artırılması və əkin sahələrinin genişləndirilməsi Azərbaycan üçün də priotitet idi. Gələn il də taxıl qıtlığının dünyada əsas problemlərdən biri olacağı gözlənildiyindən bizim üçün də ehtiyatların artırılması və idxalın əvəzlənməsi aktuallaşmaqdadır".
 
Bunu millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
 
O bildirib ki, artıq Azərbaycanda dənli və dənli-paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir:
 
a2900e30-4995-4b00-8cb1-c362cd43b862_850.jpg (76 KB)
 
"Bu il 955,2 min hektar sahədə dənli bitkilər əkilib. Sahələrdən 2 milyon 850,0 min ton məhsul toplanıb, məhsuldarlıq 30,4 sentnerə bərabər olub. Məhsulun 1 milyon 731 min tonunu və yaxud 60,8 faizini buğda, 1 milyon 92 min tonunu (38,3 faizini) arpa, 26,2 min tonunu (0,9 faizini) isə digər dənli və dənli-paxlalı bitkiçilik məhsulları təşkil edib.
 
Dənli və dənli-paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (192,3 min ton), Kürdəmir (135,1 min ton), Füzuli (125,7 min ton), Ağsu (115,6 min ton), Ağcabədi (113,8 min ton), İsmayıllı (110,7 min ton), Biləsuvar (96,7 min ton) və Sabirabad (93,1 min ton) rayonlarında qeydə alınıb. Azərbaycan taxıla olan tələbin 60 faizini yerli istehsal və digər hissəsini idxal hesabına ödəyir. Builki statistik rəqəmlər göstərir ki, gələn il də tələbin ödənilməsi üçün taxıl idxalı həyata keçirilməlidir. Taxıla olan tələbin tam ödənilməsi üçün yeni idxal mənbələrinin tapılması və ehtiyatların artırılması aktual olaraq qalmaqdadır.
 
Ötən il taxıl idxalımızda Rusiyanın payı 95.0 faizə yaxın idi. Bu il idxal balansımızda Qazaxıstanın payının müqayisəli olaraq artması müşahidə edildi. Son aylar taxıl istehsalçılarının ixracatı məhdudlaşdırması idxal mənbələrini xeyli dərəcədə azaldıb. Ukraynada əkin sahələrinin kəskin azalması da gələn il qlobal taxıl təminatına təsirsiz ötüşməyəcək. Bu baxımdan dünya bazarında taxılın qiymətinin gələn il də yüksələcəyi istisna edilmir. Ona görə də idxaldan asılılığın minimumlaşdırılması getdikcə daha da prioritetləşir".
 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR