İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya pomidor idxalını da gömrük rüsumlarından azad etdi: Detallar...

1319 01.04.2024 19:41 İqtisadiyyat A A

Rusiya hökumətinin qərarı ilə bu gündən mayın 31-dək müəyyən növ təzə və soyudulmuş pomidorların idxalı gömrük rüsumlarından azad olunub.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir k, Rusiya Nazirlər Kabinetinin qərarı “qabırğalı”, uzunsov və albalı formalı pomidorlar istisna olmaqla, orta və iri meyvəli pomidorların idxalına şamil ediləcək.

Daxili bazarda bahalaşmanın qarşısını almağa yönəldiyi bildirilən qərar 100 min ton həcmində məhsulu əhatə edir. Hökumətin qərarı ilə istehsal həcmlərinin bölüşdürülməsi qaydaları və xarici ticarət fəaliyyəti iştirakçılarına rüsumsuz idxal üçün zəruri olan sənədlərin verilməsi qaydaları təsdiq edilib. Belə sənədlərin verilməsini Kənd Təsərrüfatı Nazirliyi təmin edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR