Rusiya Dövlət Dumasının üzvləri arasında cinayət keçmişi olan şəxslərin sayı şok doğurub.
“Proyekt” araşdırmasına görə, 625 deputatdan azı 63-ü qanunla problemi olmuş şəxslərdir.
Musavat.com xəbər verir ki, onların 37-si məhz cinayət işlərindən xilas olmaq üçün deputat kürsüsünə sahib olub.
Araşdırmada qeyd olunur ki, Rusiya parlamentinə düşmək üçün toxunulmazlıq “satılırmış” — mandat almaq istəyənlər rüşvət verərək seçki siyahılarına daxil edilirmişlər. Bu çirkli sistem bütün fraksiyalarda mövcud olsa da, xüsusilə Liberal Demokrat Partiyasında (LDPR) geniş yayılıb.
Mənbənin iddiasına görə, Jirinovskinin partiyasına daxil olub deputat olmaq üçün orta qiymət 5 milyon dollar təşkil edirdi. Nəticədə qanunsuz qrupların üzvləri də Dövlət Dumasına yol tapırdı.
Musavat.com






