İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya nəhəngi Ermənistandakı biznesini 209 milyon dollara satıb

465 06.03.2024 23:20 Dünya A A

Rusiyanın MTS şirkəti Ermənistandakı biznesinin satışından 209,1 milyon dollar əldə edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumat şirkətin 2023-cü ilə dair hesabatında əksini tapıb.

Müqavilənin yekunlaşması 2024-cü ilin yanvarında elan edilib. MTS şirkəti “MTS Ermənistan” QSC-nin səhmlərinin 100 faizini, həmçinin “MobiDram” QSC-nin ödəniş sistemini Kiprdə qeydiyyatdan keçmiş “Fedilco Group Limited” şirkətinə satıb. Həmin vaxt sövdələşmənin maliyyə parametrləri açıqlanmayıb.

MTS-in illik hesabatında qeyd olunur ki, aktivin satışına dair müqavilə 2023-cü ilin dekabrında “ilkin hesablanmış 209,1 milyon dollar məbləğində” nağd pul qarşılığında imzalanıb.

Qeyd edək ki, Rusiya şirkətinin əslində öz törəməsini Kiprdə özünün yaratdığı şirkətə satdığı iddia olunur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR