İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya müharibəni “ət” hesabına udmaq istəyir

1857 17.01.2023 08:48 Siyasət A A

 

4-cü nəsil ordu 5-ci nəsil ordunu yenə bilərmi...

Rusiyanın Ukraynaya qarşı başlatdığı ədalətsiz və işğalçı müharibə az qala bir ildir davam edir. Amma keçən ilin 24 fevralınadək dünyanın “ikinci ordusu” sayılan rus hərbi maşını hələ də Donbas və Luqansk vilayətlərinə nəzarəti tam təmin edə bilməyib.

Bir çox təhlilçilər bunun bir səbəbini də Rusiyanın qabaqcıl silahlı qüvvələrə malik olmaması, müasir müharibə apara bilməməsi ilə izah edirlər. Nəticə etibarilə Moskva müharibə qeyri-adekvat sayda böyük maddi və canlı itkilərə məruz qalıb və qalmaqda davam edir. Kiçik bir ərazinin işğalı üçün ağlasığmaz itkilər verməli olur.

Şimal qonşumuz üçün başqa bir neqativ nəticə odur ki, dünənədək dünyanın əsas silah satıcılarından olan Rusiyanın indi özü silah-sursata ehtiyac duyur və hətta İran kimi ölkələrə ağız açır.

Rusiyanın müxalifət liderlərindən olan Qriroqi Yavlinski son müsahibəsində deyib ki, Rusiyanın Ukraynaya qarşı işğalçı savaşı SSRİ-nin Almaniyaya qarşı müharibəsinə bənzəmir. “Almaniya SSRİ-yə hücum etmişdi, Sovet İttifaqı işğalçılara qarşı savaşırdı, indi isə işğalçı Rusiyadır, işğala qarşı savaşan isə Ukrayna. İşğalçılar gec-tez məğlub olurlar”, - Yavlinski söyləyib.

Bu arada məlumat yayılıb ki, Rusiya 500 min nəfərlik səfərbərlik planı hazırlayır. Bunu Britaniyanın “The Times” nəşri yazıb.

Bildirilib ki, qərar bugünlərdə qəbul olunacaq və orduya çağırılanlar yeni genişmiqyaslı hücum üçün cəbhəyə göndəriləcəklər. Məlumata görə, Rusiya aprelə qədər Ukraynaya qarşı yeni genişmiqyaslı hücum həyata keçirə bilər.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib ki, Rusiya 2 milyonluq ordu yaratmağa çalışır və bunun üçün növbəti dəfə səfərbərlik elan olunacaq.

Yəni belə görünür ki, Rusiya Ukrayna ilə müharibəni “top əti” hesabına udmaq istəyir. Ancaq 2-ci Qarabağ müharibəsi göstərdi ki, müasir hərbi əməliyyatlarda insan, əsgərlərin sayı (o ki ola səfərbər edilən çağırışçılar) heç də həlledici amil deyil. Çünki müharibə daha çox “təmassız” aparılır. “Vaqner”çilərin də Ukrayna cəbhəsində ciddi uğur qazana bilməməsinin əsas səbəbi budur.

Odur ki, sual yaranır: doğrudanmı Rusiyanın 4-cü nəsil ordusu Ukraynanın 5-ci nəsil ordusunu adam sayı hesabına yenə, tapdalayıb Kiyevə keçə bilər?

Oqtay Şirəliyev və Cahangir Əsgərov həbs olunmalıdır" - Rəşad Bayramov »  Vertikal.az

Rəşad Bayramov: “Rusiya üçün yeni qüvvələrin cəlb olunması qaçılmaz görünür”

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov bu sayda ordu yaratmağın elə də asan məsələ olmadığını söylədi: “Rusiya Ukraynada işğal etdiyi ərazilərin müəyyən qismini hələ də öz nəzarətində saxlasa da, yeni əraziləri işğal etmək üçün əməliyyatlar keçirsə də, istər canlı qüvvə, istərsə də texnika baxımından ehtiyatların tükəndiyi göz qabağındadır. Bir ilə yaxın müddətdə apardığı işğal əməliyyatları nəticəsində 120 minə yaxın canlı qüvvəsini, 3 mindən çox tankını, 2 mindən artıq artilleriya sistemi, 500-ə yaxın reaktiv yaylım atəşi, 217 hava hücumundan müdafiə sistemini, 285 ədəd hərbi təyyarə, 275 ədəd helikopter, 723 qanadlı raket, eləcə də 16 gəmi və 183 xüsusi texnikasını itirən Rusiya üçün yeni qüvvələrin cəlb olunması qaçılmaz görünür. Bu təkcə canlı qüvvə üçün deyil, silah-sursat və texnika üçün də keçərlidir. Dünyanın ikinci ən böyük ordusu və silahlı gücü hesab olunan Rusiyanın indi hətta İran kimi bir dövlətin dronlarına ehtiyac qaldığı heç kimə sirr deyil.

Bundan əvvəlki səfərbərlikdə 300 min nəfəri zorla toplayan Rusiya üçün indi deyildiyi kimi, 500 min nəfərlik yeni səfərbərlik elan etmək və ya 2 milyonluq yeni ordu yaratmaq elə də asan məsələ deyil. Birincisi, bu istər-istəməz Rusiya daxilində yeni etiraz dalğasına səbəb olacaq. İndiki iqtisadi durumda isə Rusiyada etiraz dalğasının və aksiyaların baş verməsi proqnozlaşdırıla bilməyən situasiya yarada bilər.

Amma bütün bunlara baxmayaraq Rusiyanın böyük və həlledici hucuma hazırlaşdığı hiss olunmaqdadır. Görünən odur ki, Putin 2023-cü ilin yazı üçün bütün imkanlarını səfərbər etməyə başlayıb. Elə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyat İdarəsinin Rusiyada hərbi vəziyyətin elan olunmasının gözlənildiyi haqda məlumatı da bunu sübut edir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynada işğalçı müharibəni davam etdirmək üçün əməliyyat komandanı təyin olunması da əslində Kremlin uzunmüddətli və genişmiqyaslı işğala hazırlaşdığının göstəricisi hesab oluna bilər. Qısası Rusiya bütün resurslardan istifadə edərək itirilmiş reputasiyanı bərpa etməyə çalışır.

Bütün bunlar Rusiyanı düşdüyü vəziyyətdən xilas edə biləcəkmi? Düşünürəm ki, yox. Çünki ABŞ və Qərb tərəfindən aktiv olaraq dəstəklənən, yeni nəsil silah və texnika ilə davamlı şəkildə təmin olunan Ukraynanı, sadəcə, “ətdən” ordu yaratmaqla məğlub etmək real görünmür. Rusiyanın hərbi sənayesinin imkanları göz qabağındadır və Ukraynaya təqdim olunan texnika ilə müqayisə olunmayacaq səviyyədə zəifdir.

Qərb isə Ukraynaya bundan sonra da dəstək verməkdə israrlı görünür. Elə dünən NATO Baş katibi Yens Stoltenberqin “Biz müharibənin həlledici mərhələsindəyik. Çətin döyüşlərlə üzləşirik. Ona görə də Ukraynanın qalib gəlməsi və müstəqilliyini davam etdirməsi üçün ehtiyac duyduğu bütün silahlarla təmin edilməsi vacibdir. Ukraynaya hərbi yardım sülhə ən qısa yoldur” bəyanatı da bunun bariz sübutudur".

Qarabağdan Ermənistana gizli yol açılıb? - Vardanyan Bakıya yenə meydan  oxudu

Rövşən Məhərrəmov: “Bu dəstək olmadan Ukrayna qələbə qazana bilməz”

Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov bu müharibədə əsas faktorun Qərbin dəstəyi olduğunu söylədi: “Rusiyanın rəsmi şəkildə səfərbərlik edəcəyi deyilir. Bu ölkənin regionlarında hazırda bu səfərbərliyin davam etdiyini görməkdəyik. Rusiyanı 4-cü nəsil, Ukraynanı beşinci nəsil ordusu adlandırmağı doğru hesab etmirəm. Düzdür, vaqnerçilər, Rusiya ordusu bu döyüşlərdə iştirak edir. Savaşa dustaqları da cəlb edirlər. Biz bunun artıq tez-tez şahidi olmaqdayıq. Rus ordusunun son zamanlar döyüş taktikasını bir az dəyişdiyini də görürük. Yeni növ döyüş üsulunun təcrübəsi qazanılmaqdadır. Dünya ordularının hər birində praktiki olaraq belə hallar olur. Rusiyanın kifayət qədər silahı var. Tükəndiyi barədə fikirləri doğru hesab etmirəm. Hazırda uzaqmənzilli raketlərin istehsalı davam edir. Bunların raket ehtiyatlarının tükəndiyini doğru saymıram. İrandan PUA-lar və ballistik raketlərin alındığı barədə məlumatlar var. Döyüşlər getdikcə uzanır. Rusiya Baş Qərargah rəisinin bu qüvvələrə rəhbər təyin edilməsi onu göstərir ki, böyük bir hücum gözlənilir. Bu hücumların qarşısını almaq çox çətindir. Qərb və ABŞ mütləq formada onları silahlandırmalıdır. Silahlar az miqdarda hissə-hissə verilir. Ukrayna hərbi hissələrinin komplektləşdirilməsində müəyyən çətinliklər var. Rusiyada ehtiyat qüvvə çoxdur. Onların ordularının sayını 2 milyona orada qaldırmasında da bir problem görmürəm. Ukrayna öz torpaqlarını müdafiə etmək üçün fədakarlıq göstərir. Sona qədər də inanıram ki, müdafiə edəcəklər. Rusiyaya zəif gözlə baxmağın tərəfdarı deyiləm. Ola bilər ki, hərbçilərinin hazırlıq keyfiyyəti bir qədər aşağı olsun. Hesab edirəm ki, bundan sonra döyüşlər daha intensiv hal alacaq. İnanmıram ki, ruslar Kiyevə qədər əraziləri işğal etsinlər. Çünki NATO və ABŞ buna imkan verməz. Ukraynanın ən müasir silahlarla təmin olunması ehtimal edilir. Amma döyüşlər gedə-gedə ruslar da hazırlıq səviyyələrini qaldırırlar. Burada tək səfərbərlikdən söhbət getmir. Düşünürəm ki, qələbə sonda Ukraynanın olacaq. Çünki onlar öz torpaqları uğrunda savaşırlar. Son damlaya qədər döyüşlər gedəcək. Sadəcə, Qərbin dəstəyi mütləqdir. Bu dəstək olmadan Ukrayna qələbə qazana bilməz”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR