İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya miqrantları buna MƏCBUR edəcək

893 29.11.2023 15:41 Region A A

Rusiya dövləti miqrantları ölkəyə daxil olarkən “sadiqlik müqaviləsi” imzalamağa məcbur etmək istəyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov Rusiya Federasiyasına gələn əcnəbilərin “sadiqlik müqaviləsi” imzalamasını nəzərdə tutan qanun layihəsi hazırladığını açıqlayıb.

O qeyd edib ki, layihə üzərində Dövlət Dumasının MDB işləri üzrə komitəsi, Prezident Administrasiyası, Rusiya Federasiyası Hökuməti və Daxili İşlər Nazirliyi birgə iş aparıb.

“Biz bu müqaviləyə hansı parametrlərin daxil edilməli olduğu üzərində çalışırıq”, - deyə komitə rəhbəri izah edib.

Onun sözlərinə görə, sənəd Rusiya Federasiyasına daxil olan əcnəbi vətəndaşın müəyyən qaydalara əməl etməsini, xüsusən də Rusiyanın daxili və xarici siyasətini gözdən salmamağa, tarixi faktları təhrif etməməyə razılıq verməsini nəzərdə tutur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR