İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Mariupolu tam işğal etdi, “Azovstal” təslim olur - CANLI

2448 17.05.2022 15:50 Gündəm A A

Mariupolda “Azovstal” polad kombinatından təxliyə edilən ağır yaralı ukraynalı hərbçilər rusiyalı müharibə əsirləri ilə mübadilə ediləcək. Bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk “Telegram” hesabında paylaşımında qeyd edib.

“Rusiya ilə danışıqlar dayandırılıb”. Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Çünki İstanbul müzakirəsindən sonra ciddi irəliləyiş yoxdur. Rusiyanın mövqeyi dəyişməyib. Amma müharibə danışıqlar masası arxasında bitəcək. Mənə elə gəlir ki, bu prosesə cənab Volodimir Zelenski moderatorluq edəcək”, - o söyləyib.

Rusiya Finlandiyanın Moskvadakı səfirliyinin iki diplomatını persona non qrata (arzuolunmaz şəxs) elan edib. Bu barədə Rusiyanın Xaici İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, Rusiyanın Helsinkidəki səfirliyinin iki əməkdaşının Finlandiyadan çıxarılmasına etiraz olaraq bu addım atılıb.

TVMusavat-ın “Həftə içi” verilişində AMİP sədri Arzuxan Əlizadə ilə azvision.az saytının baş redaktoru Vüsal Məmmədov son hadisələri müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR