İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə bağlı ŞOK AÇIQLAMA: "Bundan silah kimi istifadə edir"

940 27.11.2023 18:50 Dünya A A

Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Ukraynadan taxıl” adlı toplantıda çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski sərt açıqlamalar verib.

Musavat.com xəbər verir ki, iclasda çıxış edən Zelenski Rusiyanın ərzaq qıtlığından silah kimi istifadə etdiyini bildirib.

“Ukrayna gücünü və azadlığını itirməyəcək. Rusiya ərzaq qıtlığından və aclıqdan silah kimi istifadə etməyə davam edəcək. Hazırda 40-a yaxın ölkəni və beynəlxalq təşkilatı birləşdirən "Ukraynadan taxıl" toplantısı ərzaq qıtlığından ən çox əziyyət çəkən ölkələrə kömək edir" - o bildirib.

Kiyevdə keçirilən “Ukraynadan taxıl” görüşündə Latviya Prezidenti Edqars Rinkeviç, İsveçrə Prezidenti Alain Berset və Litvanın Baş naziri İnqrida Simonyte şəxsən iştirak ediblər. Polşa prezidenti Anjey Duda, Qvatemala prezidenti Alejandro Giammattei, Estoniya prezidenti Alar Karis, İtaliyanın baş naziri Giorgia Meloni, Hollandiyanın baş naziri Mark Rutte və Belçikanın baş naziri Aleksandr De Kroo isə iclasa videokonfrans vasitəsilə qoşulublar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR