İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hərbçiləri ​​ABŞ bazasına GİRDİ

4284 03.05.2024 13:40 Dünya A A

Rusiya hərbçiləri Nigerin paytaxtı Niameydə ABŞ hərbi personalının yerləşdiyi 101-ci aviabazaya daxil olublar.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ruslar amerikalılara qarışmır, onlar paytaxt hava limanına daha yaxın olan ayrıca anqarda yerləşiblər.

ABŞ Niger hakimiyyətinə Amerika personalının Rusiya hərbçiləri ilə birlikdə bazada ola bilməyəcəyini bildirib.

Qeyd edək ki, daha əvvəl “The Hill” qəzeti Rusiyanın Afrikadakı təsirinin artacağını yazıb.

Xatırladaq ki, ABŞ-ın 101-ci Hərbi Hava Bazası altı il əvvəl 110 milyon dollara tikilib. Martın 17-də isə Niger hökuməti ABŞ-la bağlanmış müqaviləyə xitam verib və kontingentini ölkədən çıxarmasını tələb edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR