İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Futbol İttifaqı Asiya Konfederasiyasına keçə bilər

522 28.11.2022 12:35 İdman A A

Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi növbəti iclasında Rusiyanın Avropa Futbol Assosiasiyasından, yəni UEFA-dan Asiya Futbol Konfederasiyasına keçid məsələsinə baxa bilər.

Musavat.com-un xəbərinə görə, bu barədə jurnalistlərə RFİ-nin İcraiyyə Komitəsinin rəhbəri Aleksandr Dükov məlumat verib.

"Qərarın veriləcəyinə əmin deyiləm, lakin vəziyyəti müzakirə etmək lazımdır", - deyə o bildirib. Aleksandr Dükovun sözlərinə görə, hələ bir neçə ay əvvələ qədər Asiya Konfederasiyasına keçmək barədə danışılmırmış, lakin indi bu ehtimalı nəzərdən keçirmək lazımdır.

Dükov Rusiyanın bununla əlaqədar Asiya nümayəndələri ilə hələ müzakirə aparmadığını qeyd edib. Onun fikrincə, UEFA Rusiyanı yarışlardan kənarlaşdırmasına rəğmən, hələ də onu Avropa ailəsinin üzvü hesab edir.

Qeyd edək ki, Asiya Konfederasiyasının üzvü kimi Rusiya FİFA-nın rəsmi oyunlarında iştirak edə bilər. Avropadan fərqli olaraq Asiya ölkələrinin əksəriyyəti Ukraynadakı müharibədə neytral mövqe tutur və buna görə də çətin ki, Rusiya yığması və onun klubları yarışlardan kənarda qalsın. Lakin bu keçidin baş tutması halında Rusiya klublarının avrokuboklarda iştirak etmək üçün hətta nəzəri şansları da olmayacaq və onlar yalnız Asiyada, analoji müsabiqələrdə iştirak edə biləcəklər.

Rusiya millisinin baş məşqçisi Valeri Karpin keçid ideyasının əleyhinə olmadığını deyib: "Avropaya qayıtmaq üçün nə qədər gözləyə biləcəyimizi bilmirik, ona görə də Asiyaya gedək". Rusiya Futbol İttifaqının keçmiş rəhbəri Vyaçeslav Koloskov isə ideyanın qəti şəkildə əleyhinə çıxıb: "Əgər bataqlığa düşmək istəyirsinizsə, buyurun gedin".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR