İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya DƏHŞƏTLİ itkilərlə üzləşə bilər

1309 17.10.2023 15:24 İqtisadiyyat A A

Rusiya xəzinəsi 2024-2026-cı illərdə 335 milyard rubl itirə bilər.

Musavat.com xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Hesablama Palatasının büdcə layihəsi ilə bağlı rəyinə istinadən yazır.

Qeyd olunub ki, ölkə daxilində satılan mal və xidmətlərə görə ƏDV daxilolmalarının azalması səbəbindən Rusiya xəzinəsi 2024-2026-cı illərdə 335 milyard rubl itirə bilər.

Qəzet sənədə istinadən yazır ki, 2024-cü ildə büdcə kəsirinin ümumi məbləği 119,3 milyard rubla çata bilər. 2025-ci ildə bu rəqəm 129 milyard, 2026-cı ildə isə 151,7 milyard rubla çata bilər. Ümumi məbləğ 400 milyard rubl təşkil edir.

Eyni zamanda auditorlar əlavə gəlirləri nəzərə alaraq qiymətləndirmə aparıblar. Nəşrin məlumatına görə, proqnozda nəzərə alınmayan bu gəlirlər 3 il ərzində 65 milyard rubl təşkil edəcək.

2024-cü ildə bütün bu vəsaitlərin hesablanması zamanı xəzinədarlıqda 84,1 milyard rubl (ÜDM-in 0,05%-i), 2025-ci ildə 108,2 milyard (ÜDM-in 0,06%-i), 2026-cı ildə 142,7 milyard (ÜDM-in 0,07%-i) məbləğində kəsr yarana bilər. Nəşr yazır ki, 3 il ərzində büdcə kəsirinin məbləği 335 milyard rubla çata bilər.

2024-2026-cı illər üçün büdcə layihəsində deyilir ki, Rusiyada satılan mallar üzrə ƏDV-dən daxilolmalar müvafiq olaraq 7,7 trilyon, 8,3 trilyon və 8,9 trilyon rubl təşkil edəcək (3 illik dövr ərzində təxminən 25 trilyon gəlir gözlənilir). Əsas çatışmazlıq riskləri ölkə daxilində satılan mal və xidmətlərə görə ƏDV üzrə qeyd olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR