İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus biznesmenlərin Helsinkidəki stadionu müsadirə oluna bilər

295 28.11.2023 12:15 Dünya A A

Avropa İttifaqının Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri rusların xaricdəki daşınmaz əmlakının müsadirəsinə imkan verə bilər. Xüsusilə, söhbət Finlandiyada yerləşən rusiyalı iş adamlarına məxsus “Helsinki Hall” stadionundan gedir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yeni sanksiyalar Helsinkidəki stadionun rus iş adamlarının əlindən alınmasını dəstəkləyəcək.

Mediada dərc olunan məqalədə qeyd olunur ki, paket, həmçinin Helsinki arenası kimi aktivlərin ictimaiyyətə təqdim edilə bilməyəcəyi təqdirdə müsadirə edilməsini dəstəkləmək üçün nəzərdə tutulub.

Materialda dondurulmuş aktivlərin (stadionun) satışı halında pulun da dondurulmuş vəziyyətdə qalacağından bəhs edilir.

Məlumdur ki, “Helsinki Hall”un səhmlərinin təxminən 45 faizi rusiyalı sahibkarlar Gennadi Timçenko və Roman Rotenberqə məxsusdur. Stadionun 562 sahibi var, lakin əmlakla bağlı qərar vermək hüququna yalnız Timçenko və Rotenberq malikdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR