İnsanlara hürriyət, millətlərə istiqlal!

RÖVNƏQ ABDULLAYEV YENİDƏN AFFA PREZİDENTİ SEÇİLİB

1592 09.03.2012 11:10 İdman A A
Öncə tədbirdə çıxış edən baş katib Elxan Məmmədov konfrans iştirakçılarına UEFA-nın təbrik məktubunu çatdırıb. Məktubda Azərbaycanda futbolla bağlı görülən böyük işlərdən danışılıb. Məmmədov konfransda 35 nəfərin səsvermə hüququna malik olduğunu və bunlardan 34-nün tədbirdə iştirak etdiyini bildirib.
Səsvermədən sonra Abdullayev ikinci dəfə AFFA-nın prezidenti seçilib. O, qarşıdakı 4 ildə də quruma rəhbərlik edəcək.
AFFA-nın İcraiyyə Komitəsinə seçkilər də keçirilib. Namizədliyi verilən 10 nəfər – Rauf Əliyev, Elşad Nəsirov, Ələkbər Məmmədov, Kazbek Tuayev, İsgəndər Cavadov, Mirkamil Rəhimov, Hafiz Məmmədov, Cahangir Əsgərov, Mahir Məmmədov və Elmar Qasımov yenidən quruma üzv seçilib.
Xatırladaq ki, R.Abdullayev həmin vəzifəyə yeganə namizəd idi.
Qeyd edək ki, Abdullayev və İK-nın üzvləri 2008-ci ilin martın 14-də vəzifələrinə seçilib. Bunadək AFFA-nın 2 prezidenti - Fuad Musayevlə (1992-2003) mərhum Ramiz Mirzəyev (2003-2007) olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR