İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldu "Mançester Yunayted"in düşərgəsinə qayıdıb

506 26.07.2022 01:34 İdman A A

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" komandasının düşərgəsinə qayıdıb.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu "qırmızı şeytanlar"dakı gələcəyini klub rəhbərliyi ilə müzakirə etmək üçün bu addımı atıb. Təcrübəli forvard Mançester təmsilçisinin baş məşqçisi Erik ten Haqla da görüşəcək.

Daha əvvəl, "Daily Mail" nəşri Ronaldunun İspaniyanın "Atletiko" (Madrid) klubuna keçə biləcəyini yazıb. Hətta Madrid təmsilçisinin bunun üçün fransalı hücumçu Antuan Qrizmannla müqaviləyə xitam verməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Kriştianu Ronaldonun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR