İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldoya 225 milyon dollarlıq transfer təklifi - Klubun adı açıqlandı

1857 27.11.2022 13:13 İdman A A

“Mançester Yunayted”in sabiq hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubundan səxavətli təklif alıb.

Səudiyyəlilər portuqaliyalı futbolçuya 225 milyon dollarlıq 3 illik müqavilə təklif etməyə hazırdır.

Məlumdur ki, bu variant Ronaldonun yeganə seçənəyi deyil. O, karyerasını harada davam etdirəcəyinə Qətərdəki dünya kubokundan sonra qərar verəcək.

Noyabrın 24-də Portuqaliya millisi DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Qana üzərində qələbə qazanıb (3:2). Ronaldu bu görüşdə penaltidən fərqlənib. Bu qolla o, tarixdə beş dünya çempionatında qol vuran ilk futbolçu olub. Portuqaliyalı 2006, 2010, 2014 və 2018-ci illərdə dünya çempionatlarında rəqiblərinə qol vura bilib.//report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR