İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo bu il 260 milyon avro qazanıb

928 07.12.2023 20:32 İdman A A

2023-cü ildə ən çox gəlir əldə edən futbolçular bəlli olub.

Musavat.com xəbər verir ki, bu barədə “Forbes” araşdırma aparıb.

Birinci pillədə Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun üzvü Kristiano Ronaldo qərarlaşıb. 38 yaşlı hücumçu cari ildə 260 milyon avro qazanıb.

Argentina yığmasının və ABŞ-nin “İnter Mayami” komandasının üzvü Lionel Messi (135 milyon avro) ikinci, Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun forvardı Neymar (112 milyon avro) üçüncüdür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR