İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rəqəmsallaşma medianın inkişafına töhfə verməklə yanaşı müəyyən risklər yaradıb" - Fotolar

733 10.03.2023 11:58 Son xəbər A A

 

"Təkcə Vətən müharibəsi dövründə mediaya 2600 kiber hücum olub"

Mətbuat Şurasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin birgə təşəbbüsü ilə "Kütləvi informasiya vasitələrinin kiber təhlükəsizlik problemləri" mövzusunda "dəyirmi masa" keçirilir.

Musavat.com bildirir ki, tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid, qurumun İH üzvləri, Media Agentliyinin,  həmçinin RİNN ETX təmsilçiləri, media kapitanları iştirak edir.

Tədbiri giriş sözü ilə açan Rəşad Məcid rəqəmsallaşmanın mediada yaratdığı risklərdən söz açıb.

Daha sonra Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Samir Rəsulov çıxış edib. Qurum rəsmisi qeyd edib ki, bu məsələdə mühüm olan maariflənmədir:

"Hücum primitiv başlayır və daha sonra mürəkkəb vektorla davam edir. Maarifləndirmə ən mühüm addımdır".

Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə bildirib ki, mediada təhlükəsizlik məsələlərinin həlli vacibdir. O qeyd edib ki, media subyektlərinin data serverlərinin Azərbaycana gətirilməsi və onların etibarlı mühafizəsinin təşkili vacib əhəmiyyət daşıyır:

“Rəqəmsallaşma mühiti media üçün ciddi stimuldur. Biz son zamanlar ənənəvi və yeni media anlayışı ilə yanaşı keyfiyyətli media sözündən istifadə edirik. Rəqəmsallaşma medianın inkişafına töhfə verməklə yanaşı müəyyən riskləri yaradıb. Təkcə 44 günlük Vətən Müharibəsi dövründə 2600 kiber hücum olmuşdu.

Biz media savadlılığı ilə yanaşı rəqəmsal savadlılığın artırılması və bu işin sistemli həyata keçirilməlidir. Bu işlər mövsümi xarakter daşımamalıdır".

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov kiber hücumundan qorunmaq üçün müəyyən məsələlərə xüsusi diqqət yetirməli olduğunu deyib:

"Onlayn media subyektlərində informasiya və kiber təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilməlidir. Media qurumlarının ştatında informasiya təhlükəsizliyinə məhsul şəxslər üçün yer ayırmaqla resurslarını qorumalıdır. Ən əhəmiyyətli və qorunmalı resurslar onlayn media subyektlərinin resurslarıdır. Məhsullarınızı yerləşdirdiyiniz informasiya platforması müdafiəsi işlərinə xüsusi diqqət yetirilməlidir”.

Tədbir çıxışlarla davam edir.

 

Xalidə Gəray,
Elçin Əkbərov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR