İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rəisim" mahnısı ilə bağlı DİN-dən AÇIQLAMA VİDEO

2871 18.05.2022 11:19 Gündəm A A

Müğənni Mujgan Ayxanın yeni klipi qalmaqala səbəb olub.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan "Rəisim" adlı mahnının sözləri sevgilisi olan rəislərə həsr edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bununla bağlı açıqlama verib:
"İstənilən təbliğat maarifləndirmədə faydalı olur. Polisin fəaliyyəti insanlara görə yox, insanların əməllərinə görə dəyişir. Polis sıralarında olan hər bir əməkdaş xalqın övladıdır. Bu mənada görülən işlər, həyata keçirilən tədbirlər polisin fəaliyyətinin əsasıdır. Ancaq hamı razı qala bilməz, çünki mübahisəlidir. Polisdən o insan razıdır ki, qanunlara ehtiramla yanaşır, ictimai münasibətlərə, hüquq qaydasına şərtsiz əməl edir".

Qeyd edək ki, mahnının söz və musiqisi Temmiyə aiddir. Klipin rejissorluğunu Sənan Hüseynov edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR