İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramzan Kadırovun 16 yaşlı oğlu batalyon komandiri olub

876 29.11.2023 10:41 Dünya A A

Çeçenistan rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Rusiya Müdafiə Nazirliyinin strukturuna daxil olan Şeyx Mənsur adına çeçen batalyonunun “kuratoru” olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Çeçenistan parlamentinin spikeri Maqomed Daudov və Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanovun verdiyi məlumata görə, Adam Kadırova mühüm istiqamət həvalə olunub.

“Bundan sonra o, Rusiya Müdafiə Nazirliyinin tərkibindəki döyüşə hazır bölmələrdən birinə - “Şeyx Mənsur” batalyonuna nəzarət edəcək. Əminəm ki, birinci prezidentimiz Əhməd Kadırovun nəvəsi ona göstərilən etimadı yüksək səviyyədə doğruldacaq və batalyonun şəxsi heyətinin üzərinə düşən vəzifəni yerinə yetirməkdən ötrü lazım olan hər şeylə təmin olunması üçün lazım olan hər şeyi edəcək”, - Daudov Telegram kanalında bildirib.

Onun sözlərinə görə, Adam Kadırov “Şeyx Mənsur” batalyonunun ulduzu ilə də təltif edilib.

2023-cü ilin oktyabrında Ramzan Kadırov Çeçenistanda Rusiya Müdafiə Nazirliyinin tərkibində olacaq və Ukraynadakı müharibədə iştirak edəcək “Şeyx Mənsur” adına batalyonun yaradılmasını elan edib. Delimxanov bildirib ki, birləşməyə siyasətçi Boris Nemtsovun qətlində əli olan “Sever” batalyonunun keçmiş komandir müavini Ruslan Geremeyev rəhbərlik edir.

Sentyabrın 25-də 16 yaşlı Adam Kadırov Çeçenistanda Quranın yandırılması videosuna görə mühakimə olunan 19 yaşlı Nikita Juraveli döyüb. Ramzan Kadırov oğlunun Juraveli döydüyünü əks etdirən videonu yayımlayıb və oğlunu “bütün müsəlmanların qəhrəmanı” adlandırıb.

Oktyabrın 7-də Adam Çeçenistan Qəhrəmanı adına layiq görülüb. Bundan sonra o, “Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə”, “Ümmət qarşısında xidmətlərə görə”, “Kabardin-Balkar Respublikası qarşısında xidmətlərə görə” ordeni, Tatarıstanın ikinci ən mühüm mükafatı olan “Dostluq” ordeni ilə təltif edilib.

Noyabrın 5-də məlum olub ki, 16 yaşlı oğlan Çeçenistan rəhbərinin təhlükəsizlik departamentinə rəhbər təyin edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR