İnsanlara hürriyət, millətlərə istiqlal!

Radikal müxalifətin bu dəfə də seçkilərə hazırlaşmağa vaxtı çatmayacaq...

448 04.07.2024 22:19 Ölkə A A

Özünü hakimiyyətə müxalif sayan bir kəsimin əsas vəzifəsi ölkədə keçirilən seçkilərdə iştirak etməkdir. Yəni bu kəsim növbəti və ya növbədən kənar istənilən seçkiyə həmişə hazır olmalıdı. Bizim “radikallar” isə Əli Kərimli başda olmaqla ilərlədi ki, seçki demoqoqiyası ilə məşğuldular.

İndi də növbəti parlament seçkiləri ətrafında hay-küy yaradıblar. Parlament seçkiləri nədən növbədən kənar keçirilir deyib, şüvən salıblar. Bu seçkilər növbədən nə qədər kənar keçirilir ki, müxalifətin onda iştirak etməyə hazırlaşmaq üçün vaxtı çatmıır? Əvvəla müxalifətin liderlərinin seçkidə iştirak etməyə hazırlaşmaq üçün heç bir zamana ehtiyacı olmamalıdı. Zatən onlar demək olar ki, hər gün sosial şəbəkələr vasitəsilə öz təbliğatlarını aparırlar. Bəs onda bu şüvənşünaslar nədən bu qədər əndişəlidilər.

1988-ci ildən meydanlarda olan və hətta 1990-cı illərin əvvəllərində hakimiyyətə gəlimiş indiki müxalifət liderləri, bu müddət ərzində bir gün də olsun efirindən kənarda qalmayıblar. Yəni cəmiyyət bunları hər gün görür və eşidir. Belə olan halda bunların seçkiyə ayrılan zamanla bağlı hansı problemləıri ola bilər ki? Təbi ki, burada söhbət ilk növbədə “radikallara” cəmiyyətin münasibətindən gedir. Bunlarda 30 ildən çoxdur ki, heç nə dəyişmir - eyni zehniyyət, eyni sözlər, eyni qarayaxmalar! Məgər cəmiyyət bunu qəbul edərmi? Təbi ki, cəmiyyət bu mənasız “eynilərdən” iyrənib artıq. 

image_750x500_62989ea0e0b87.jpg (321 KB)

Bəylər, sizlər dünyanı silkələyən Qarabağ zəfərinə görə Azərbaycan Prezidentinə təşəkkür etməyi bacarmadığınız tədqirdə, Qarabağ zəfərinə görə Onu başının üzərində gəzdirməyə hazır olan xalqdan nə istəyə bilərsiniz? İçinizdəki şeytan əməli - kin-küdurət sizləri cəmiyyətdə lüzumsuz bir zümrəyə çevirib – bundan xəbəriniz varmı? Sizlər sadəcə kürəyinizin yerdə olduğunu etiraf edə bilmirsiniz. Siyasət meydanında acı məğlubiyyətinizi həzm etmək sizlər üçün olduqca ağırdı – biz sizləri başa düşürük. Sizlər də anlayın ki, bu meydanda siyasi uğursuzluğunuzu cəmiyyət qarşısında şüvən salmaqla kompensasiya edə bilməzsiniz! Bu cəmiyyət sizlərin 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində gördüyünüz cəmiyyət deyil! Bu cəmiyyət artıq baş verən prosseslərə reallıqların gözü ilə baxmaq vərdişlərinə sahiblənmiş bir cəmiyyətdi. O səbəbdən, sizin taftalogiyaya söykənən ideologiyanız işləmir. O səbəbdən, sizləri dəstəkləyən yalnız ətrafınızda olan beş on özünüz kimi düşünən, paslanmış təfəkkür sahibləridi. O səbəbdən, də udzursunuz – daha doğrusu artıq tam məğlub olub bitmisiniz! Bu məğlubiyyətdən sonra Azərbaycanda yeni, konstruktiv bir müxalifətin formalaşması mütləq baş verəcək. Hadisələrin inkişafı buna doğru aparır. Sizlər isə tarixin o yerində qalacaqsınız ki, ora heç vaxt heç kim sizləri axtarmayacaq.

İndi seçkiqabağı saldığınız hay-küyün bir mövzusu da bir neçə gün öncə yanacağın və sərnişin nəqliyyatında daşımaların qiymətin dəyişməsidi. Qiymətlərin dəyişməsinin səbəblərini araşdırmadan fəhminizlə bunu gah neftin hasilatının aşağı düşməsi ilə gah da büdcədə vəsait çatışmazlığı ilə əlaqələndirməyə qalxırsınız. Bu qiymət dəyişməsinin fəlsəfəsini dərk etmək qədər qafanızı çalışdırsaydınız onda bilərdiniz ki, dünyanın hər yerində belə qiymət artımları baş verir. Anlayardınız ki, Azərbaycan nəhayət ki, dünyanın getdiyi yola çıxmalı və avro 5 standartları səviyyəsində yanacaq istehsal etməli idi. Bu gün Bakı şəhərində qara avtomobil tüstüsünün ekologiyanı hansı vəziyyətə saldığının sizə aidiyyatı yoxdurmu?

Neft ölkəsi Azərbaycan Aİ 95 markalı benzinin yerli istehsalını təşkil edirsə və bu zaman həmin benzinin qiymətini 20% ucuzlaşdırırsa, buna da “əmma” tapmağa utanmırsınız – “varlıların benzini ucuzlaşdı, kasıbların benzini Aİ 92 və dizel yanacağı isə bahlandı” deyib şüvən salırsınız.

65657e7805c0e65657e7805c0f170115032865657e7805c0a65657e7805c0c.jpeg (159 KB)

Daha başa düşmürsünüz ki, əsasən Rusiya istehsalı olan avtomobilər üçün nəzərdə tutulan Aİ 92 benzinin erası tamamlanır, dünyanın əksər ölkələrində bu benzindən istifadə olunmur, Azərbaycan da yaxın illərdə bu yanacaq növündən imtina edəcəkdir. Burada varlı, kasıb məsələsi yoxdur. Dövlət bu addımla həm də ekologiyanı çirkləndirməməklə bağlı beynəlxalq səviyyədə götürdüyü öhdəliklərə əməl etməyə çalışır. Başa düşün – 2035-ci ildən sonra dünyanın ən böyük avtomobil istehsalı müəssisələri yanacaqla işləyən mühərriki olan avtomobillərin istehsalını tam dayandıracaqlar. Bu zamana 11 il qalır. Bu böyük bir zaman deyil! Biz buna hazır olmalıyıq. Ona görə bu gün Azərnaycan hökuməti elektromobillərin və elektrobusların ölkəmizdə istehsalına rəvac verir. Sizlərsə 1990-cı illərin meydan eyfariyasından ayıla bilmirsiniz! Əgər bu qiymət artımının qarşısında neftin hasilatından dolayı büdcə gəlirlərinin itkilərini artırmaq qədər hədəflər dursaydı, o halda dövlət sizlərin düşündüyünüz kimi, qiymət artımlarını seçkilərdən sonra edərdi. Bu məntiqə və qaçılmaz iqtisadi reallığa söykənən bir məsələdi və onun seçki ilə heç bir əlaqəsi yoxdur. 

1653645187_heavy-traffic-highway-cars-tixac-car.jpg (66 KB)

Heç özünüzə bir sual verə bilirsinizmi əgər sizlər hakimiyyətdə olsaydınız bu durumda nə edərdiniz? Müxalif cəbhədə dayanıb hökumətin atdığı bütün addımlarda əmma axtarmaq qədər asan bir işin qulpundan nə qədər bacarırsınızsa möhkəm yapışın - yoxsa yeni dünya reallıqlarının küləyi sizləri tarixin zibilliyinə atacaq...

 

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR