İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryan Rusiyanı sərt tənqid etdi: "Pullarını vermişik, göndərmirlər..."

1074 21.05.2024 12:07 Siyasət A A

Ermənistan Rusiyanın göndərdiyi silahlarla kifayətlənmir, - Ermənistan Təhlükəsizlik Şurasının katibi

“Biz bunun uğursuzluğa səbəb olacağını görürdük. Biz Rusiyadan asılılığı azaltmaq üçün münasibətlərdə köklü dəyişiklik etməyə məcbur qaldıq. Buna görə də deyə bilərəm ki, təhlükəsizlik baxımından bir çox irəliləyişlər var. Beləliklə, məsələn, 2020-ci ildə silahların 96%-i Rusiyadan alınırdısa, son 4 ildə bu 96% 10%-dən də aşağı düşüb və bu, reallıqdır”, - Qriqoryan bildirib.

O, bəyan edib ki, Rusiya Ermənistana silah göndərib, lakin Ermənistan göndərilənlərlə kifayətlənmir.

“Biz daha çox göndərilməli olduğunu düşünürük. Biz bunun pulunu onlara ödəmişik və son 4 ildə ödədiyimizə uyğun silah almamışıq”, – Qriqoryan qeyd edib.

O, əlavə edib ki, Ermənistan öz silahlarının istehsalı üzərində “intensiv” işləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR