İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva ilə vida mərasimi keçirilib - YENİLƏNİB FOTO VİDEO VACIB

3623 29.09.2023 10:15 Gündəm A A

 

Xəbər verdiyimiz kimi, ötən gecə millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Musavat.com xəbər verir ki, hazırda Heydər Məscidində mərhumla vida mərasimi keçirilir.

Vida mərasimində millət vəkilləri, mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edir.

Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.

Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub. O, süni tənəffüs aparatına qoşulub. Lakin Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR