İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Asiya Parlament Assambleyasının iclasında Ermənistanın ekoloji terrorundan danışdı

258 12.01.2023 13:35 Siyasət A A

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) Nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva APA İqtisadiyyat Komitəsinin toplantısında çıxış edib və ölkəmizin iqtisadi işbirliyinə töhfələrdən, o cümlədən çoxtərəfli əməkdaşlığa verdiyi önəmdən, görülən real işlərdən danışıb.

Musavat.com xəbər verir ki, Asiyada yaşanan və yaxın gələcəkdə gözlənilən içməli su prblemlərinə həsr olunmuş qətnamə layihəsi ilə bağlı müzakirələrdə çıxış edən Q.Paşayeva bildirib ki, mütəxəssislərin 2050-ci ildə Asiyada təqribən 1 milyard insanın susuzluqdan ciddi əziyyət çəkəcəyinə dair hesabatı APA daxil olmaqla bütün regional və beynəlxalq qurumları, əlaqədar dövlətləri ciddi narahat etməlidir.

WhatsApp Image 2023-01-12 at 13.29.42 (1).jpeg (369 KB)

Prezident İlham Əliyevin birbaşa göstəriş və rəhbərliyi ilə Azərbaycanda su anbarlarının istismar durumunun öyrənilməsi ilə bağlı Dövlət Komissiyası yaradılması ilə bağlı məlumat verən Qənirə Paşayeva Azərbaycan dövlətinin bu məsələyə həssas münasibətini örnək olaraq göstərib.

O deyib ki, əhalinin su təminatı və su hövzələri mövzusunda regional və beynəlxalq əməkdaşlığa böyük ehtiyac vardır. Q.Paşayeva Ermənistanın işğal illərində Sərsəng su anbarından Azərbaycanın bir sıra kənd təsərrüfatı rayonlarına, ümumən respublika iqtisadiyyatına qarşı necə qeyri-insani istifadə etməsi barədə faktları sadalayıb.

WhatsApp Image 2023-01-12 at 13.29.42.jpeg (263 KB)

Mənbəyi Ermənistan ərazisində olan yaxud Ermənistandan keçərək Azərbaycana axan çayların Ermənistan tərəfindən zərərli tullantılarla çirkləndirilməsini beynəlxalq konvensiyalara zidd bədnam hadisə olaraq şərh edən Q.Paşayeva, “belə hallara qarşı birlikdə mübarizə aparmalıyıq” deyib. O, Ermənistanın Azərbaycan iqtisadiyyatına vurduğu milyardlarla dollar həcmində ölçülən zərərlər barədə danışıb. Nümayəndə heyətinin rəhbəri beynəlxalq təşkilatların öz qətnamələrinin icrasına təkid etməməsinin acı fəsadları barədə danışaraq, APA-nı bu kimi məsələlərə çox həssas yanaşmağa çağırıb.

WhatsApp Image 2023-01-12 at 13.29.41 (1).jpeg (276 KB)

Asiya enerji bazarnın yaradılmasına dair qətnamənin müzakirəsi zamanı da çıxış edən Q.Paşayeva ölkəmizin enerji sahəsində həyata keçirdiyi böyük beynəlxalq layihələrdən ətraflı söz açıb. Mənbə və yaxud tranizt ölkəsi olmaq etibarı ilə Azərbaycan Respublikasının regionun, özəlliklə Avropanın enerji təhlükəsizliyində, habelə Asiya ilə Avropa arasındakı kommunikasiyaların, o cümlədən enerji mübadiləsinin etibarlı təminatçılarından biri, təşkilatçısı və təşviqedəni olduğunu bildirib.

Nümayəndə heyətininin rəhbəri Q.Paşayeva APA-nın büdcə müzakirələrində də çıxış edib.

Hər iki Komitənin iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Millət vəkilləri İlham Məmmədov, Aydın Hüseynov və Anar Məmmədov iştirak edib, fikir səsləndiriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR