İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan ərəb şirkətləri ilə 4,5 milyard dollarlıq saziş imzaladı

622 02.12.2023 19:24 Region A A

Prezident Kasım-Jomart Tokayevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Qazaxıstanda 3 külək elektrik stansiyasının tikintisinə dair sazişlər imzalanıb.

Musavat.com-un xəbərinə görə, bu barədə Samruk-Kazyna Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov məlumat verib.

Məlumatda qeyd olunur ki, Tokayevin Ümumdünya İqlim Sammiti çərçivəsində Dubaya səfəri zamanı Fransanın “TotalEnergies”, Səudiyyə Ərəbistanının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkəti ilə bir sıra sazişlər imzalanıb:

“Sazişlərin bir hissəsi olaraq Qazaxıstanda 3 GVt gücündə külək elektrik stansiyaları tikiləcək”.

Jakupovun sözlərinə görə, layihələrə qoyulan investisiyaların ümumi həcmi 4,5 milyard dollardan çox olacaq. Layihələrə əsasən, Cambul vilayətində 1,5 QVt gücündə, Jetısuda 1 QVt gücündə, Kostanay və Akmola bölgələrindən birində isə 0,5 GVt gücündə külək elektrik stansiyası yaradılacaq.

İqlim sammiti çərçivəsində Qazaxıstan enerji sahəsində digər sənədlər də imzalayıb. Onların arasında “Kazatomprom” və “Emirates Nuclear Energy Corporation” arasında təbii uran konsentratlarının tədarükü haqqında saziş, Qazaxıstanın Energetika Nazirliyi, “Samruk-Kazyna” SC və BƏƏ İnvestisiya Nazirliyi arasında 10 Gvt gücündə aşağı karbonlu energetikanın inkişafı üzrə qarşılıqlı anlaşma memorandumu da var. Bundan əlavə, “Kazmunayqas” neft-qaz şirkəti ilə “AD Ports Group” arasında Qazaxıstanda gəmi təmiri və gəmiqayırma müəssisəsinin yaradılmasına dair, Qazaxıstan Dəmir Yolları və “Abu Dhabi” şirkətləri arasında birgə müəssisənin yaradılması haqqında anlaşma memorandumları da imzalanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR