İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxın 4 kəndi ilə bağlı sürpriz qərar: Dəyişdirildi

4487 11.03.2024 14:12 Gündəm A A

Ermənistanda Qazaxın Azərbaycana qaytarılacaq Aşağı Əskipara, Qızıl Hacılı, Bağanıs Ayrım və Xeyrimli kəndləri ilə bağlı Vikipediya məqalələri redaktə olunub.

Musavat.com teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.

"Vikipediyada 4 kəndlə bağlı axtarış apardıq. Həmin kəndlərlə bağlı yazılar bir neçə gün əvvəl redaktə olunub. Belə bir qeyd qarşımıza çıxdı: "Bu səhifə sonuncu dəfə 1 mart 2024-cü il saat 16:20-də dəyişdirilib".

Əvvəlki mətnlər (qondarma - red.) yoxdur və Vikipediyanın ermənicə mətnləri azərbaycancaya dəyişdirilib. Adlar da Azərbaycan toponimləri (tarixi adları - red.) ilə qoyulub", - məlumatda deyilir.

Ermənistan mətbuatı sözügedən kəndlərin tezliklə Azərbaycana təhvil veriləcəyini yazır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR