İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan Ermənistana 13 erməni aparıldı

710 22.07.2023 21:43 Qarabağ xəbərləri A A

Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Qarabağdan 13 xəstə Ermənistanın ixtisaslaşmış tibb mərkəzlərinə aparılıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Məlumata görə, gün ərzində Ermənistanda müalicəsini başa vurmuş 13 xəstə və onları müşayiət edən şəxslərin daşınması da planlaşdırılır.

Erməni tərəfi bununla özlərinin “blokada” nağıllarını alt-üst edib. Ancaq həyasızcasına o da iddia olunub ki, guya 200-dən çox xəstə təcili tibbi yardım üçün Ermənistan Respublikasının peşəkar tibb mərkəzlərinə köçürülməsini gözləyir. Hətta Ermənistandan lazımi dərman preparatlarının çatdırılması ilə bağlı maneələrin olduğu barədə də saxta iddialar irəli sürülür.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, xəstə ermənilərin müayinə, müalicəsini həyata keçirə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR