İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ üzərindən Rusiyaya cəbhə açılır...” - Dünya yeni müharibənin kandarında?

3222 31.12.2022 13:55 Siyasət A A

Kosovaya görə Rusiya-Serbiya və Qərb, Qarabağa görə isə Azərbaycan-Rusiya toqquşması ola bilər; Bakı və Ankara üçün 2023 sınağı

“Qərb və Rusiya ortaya çıxan böhranlı vəziyyətdən öz maraqları üçün istifadə edir və bu da yeni dünya müharibəsi riskini artırır”.

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Türkiyədəki Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Həsən Oqtay bildirib.

“Digər tərəfdən, ağla Qərbin Ukraynadan sonra Kosova və Qarabağ məsələsi üzərindən Rusiyaya yeni cəbhə açmaq hədəfi ilə bağlı sual gəlir. Rusiya da öz növbəsində yaranmış vəziyyətdən maraqlarına uyğun şəkildə istifadə etmək istəyir. Belə ki, bir müddət öncə Ukraynada öz mövqelərini gücləndirmək üçün Türkiyə və Yunanıstan arasında münasibəti gərginləşdirmə həmlələri etdi, lakin dövlətimiz bu tələyə düşmədi. Məqsəd isə NATO daxilində münaqişə çıxarmaq və Ukraynanı unutdurmaq idi. Plan baş tutmadığı üçün də Kosova və Qarabağda vəziyyəti gərginləşdirməyə başladı”, - deyə ekspert qeyd edib.ə

Fransa Ermənistan-Azərbaycan müharibəsini başlatmağa cəhd edə  bilər-türkiyəli ekspert Həsən Oqtay

Həsən Oqtay

Politoloqa görə, baş verənlər Kosova üzərindən Rusiya-Serbiya və Qərb, eyni zamanda Qarabağ üzərindən Azərbaycan və Rusiya toqquşmasına çevrilə bilər: “Rusiya sadaladığımız məsələlərdən istifadə edərək nəzarəti əlində saxlamaq istəyir. Ona görə Türkiyə təcili surətdə Kosova və Serbiya, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması üçün əlavə addımlar atmalıdır. Çünki müharibənin Ukrayna sərhədlərindən kənara çıxması 3-cü Dünya müharibəsinin başlaması deməkdir. Qərb və Rusiya hazırkı məqamda 2-ci Dünya müharibəsinin ssenarisinə uyğun hərəkət edirlər, lakin bu dəfə birbaşa toqquşmadan daha çox vəkalət müharibələri aparırlar”.

Türkiyəli ekspertin narahatlığı nə dərəcədə əsaslıdır? Digər yandan, Türkiyə təcili şəkildə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması üçün əlavə hansı addımlar ata bilər, əgər Paşinyan hökuməti 2 ildir ipə-sapa yatmırsa, sülh oyunbazlığı ilə məşğul olursa? Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması Türkiyə ilə münasibətləri avtomatik qaydaya salacaq. Başqa hansı təsir vasitələri qalıb? 

Azərbaycan tarixə bir də belə yazıldı

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın bildirdiyinə görə, konflikt ocaqları közərsə də, mövcuddur. Onun fikrincə, Kosova və Qarabağ məsələləri fərqlənsə də, geostrateji mübarizənin mərkəzləri kimi qiymətləndirmək lazımdır. Təhlilçi xatırladır ki, Kosovanın şimalında vəziyyətin gərginləşməsi fonunda Serbiya lideri Aleksandr Vuçiç Silahlı Qüvvələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə əmr vermişdi: “Lakin bu əmri üç gün sonra ləğv etdi. Serbiya-Kosova gərginliyi tez-tez yaşanır, bu münaqişəyə Rusiyanı cəlb etmək istəyirlər. Kremldən gələn açıqlamada Rusiya Serbiyanı dəstəkləmişdi. Peskov ”Serblərin hüquqlarının necə təmin olunduğu ilə bağlı prosesi yaxından izləyirik. Atılan addımlarda Belqradı dəstəkləyirik" demişdi. ABŞ-ın Kosovada hərbi bazası olduğunu və bu ölkəni öz protektoratı gördüyünü nəzərə alsaq, Kosova üzərindən münaqişənin alovlanması yeni Qərb-Rusiya cəbhəsinin qızışmasına səbəb ola bilər. İnanmıram ki, Avropa İttifaqına yaxınlaşan Serbiyanın müharibə etməsini Qərb koalisiyası arzulasın.

Təbii ki, növbəti münaqişə episentri kimi Cənubi Qafqaz görülməkdədir. Burada geosiyasi və strateji rəqabət yaşanmaqdadır. Lakin Rusiya Qarabağ mövzusunu və bölgəni Qərblə bölüşmək niyyətində deyil. Sadəcə, hazırda Qərblə Rusiyanın toqquşduğu əsas ocaq Ukraynadır. Əgər buradakı məsələni həll etsələr, o halda Kosova və Qarabağ üzərindən hansısa aktiv gərginlik müşahidə edilə bilər. Amma indi nə Qərb, nə Rusiya yeni müharibə meydanı arzulayır".

Ekspertin fikrincə, bu vəziyyətdə Azərbaycan və Türkiyə hərbi müttəfiqliyi günbəgün artmalıdır: “Amma Ankara Bakı və İrəvan, eləcə də Kosova-Serbiya barışığı üçün genişspektrli iş apara bilməz. Çünki hələ Ukrayna-Rusiya böhranını həll etməyə, vasitəçiliyi davam etdirməyə çalışır. Türkiyə bu krizisin həllinə çox can atır. Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində fəallıq edir. Sadəcə, Ermənistan Fransa-İran-ABŞ üçbucağında hərəkət edir, bu halda Paşinyan özü anlamalıdır ki, ölkəsinin Avropaya çıxışı Türkiyədən və bizdən asılıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR