İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ın potensial rəqiblərinin dəyəri - 543 milyonluq "Milan" və...

1998 14.12.2023 16:23 İdman A A

Bu gün “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçin “Hakken” klubunu məğul edərsə UEFA Avropa Liqasının (AL) pley-off mərhələsinə vəsiqə qazanacaq.

Bu mərhələdə təmsilçimiz UEFA Çempionlar Liqasının (ÇL) qrup üçüncüləri olan komandalarla üz-üzə gələcək.

Hər zaman öz uğurları ilə bizləri sevindirən təmsilçimizin bu dəfəki mümkün rəqibləri klub dəyəri müqayisəsində "Köhlən atlar"dan dəfələrlə bahalıdır. "Transfermarkt" portalına görə, rəqiblər arasında ən seçilən klub 543.25 milyon avro ilə İtaliya "Milan"ıdır.

"Qarabağ"ımızın dəyəri isə 13.70 milyon avrodur. Arada nə az, nə çox, düz 40 dəfəyə qədər fərq var.

“Qarabağ”ın potensial rəqiblərinin dəyəri:

"Qalatasaray" - 236.58 milyon avro

"Lans" - 212.55 milyon avro

"Braqa" - 126.20 milyon avro

“Benfika” - 359,63 milyon avro

“Feyenoord” - 265.65 milyon avro

“Milan” - 543.25 milyon avro

“Yanq Boyz” - (İsveçrə) - 58.30 milyon avro

“Şaxtyor” (Donetsk, Ukrayna) - 113.00 milyon avro/BAKU.WS 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR