İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ın futbolçusu Finlandiyada əməliyyat olunub

699 12.12.2023 21:08 İdman A A

“Qarabağ”ın futbolçusu Kevin Medina əməliyyat olunub.

Bu barədə Report-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, sağ bud tendon vətəri qopan kolumbiyalı müdafiəçi bu gün Finlandiyada əməliyyat olunub. 30 yaşlı oyunçunun təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, Kevin Medina UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde” ilə keçirilən oyunun (2:2) ikinci hissəsində zədələnərək əvəzlənmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR