İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın 7 futbolçusu Avropa klublarının diqqət mərkəzindədir

7666 08.12.2023 04:12 İdman A A

"Qarabağ" Avropa Liqasında mübarizəsini davam etdirir.

"Köhlən atlar" 5 oyundan sonra H qrupunda 7 xalla 2-ci pillədə qərarlaşıb. Ağdam təmsilçisi dekabrın 14-də Bakıda "Hekken"lə qarşılaşacaq. Azərbaycan klubu isveçliləri məğlub edəcəyi təqdirdə, pley-offa yüksələcək.

"Qarabağ"la bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. "Köhlən atlar"ın 7 futbolçusu Avropanın müxtəlif klublarının diqqət mərkəzindədir. Söhbət Julio Romao, Marko Yankoviç, Olavio Juninyo, Elvin Cəfərquliyev, Toral Bayramov, Bəhlul Mustafazadə və Leandro Andradedən gedir. Bu oyunçular üçün rəsmi təklif olmasa da, menecerlər vasitəsi ilə danışıqlar aparılır. Lakin ağdamlılar hələ ki, hansısa futbolçusunu əldən buraxmaq istəmir. Qış "transfer pəncərəsi" dövründə adıçəkilən oyunçulardan birinə rəsmi və fantastik təklif olarsa, klub bu haqda düşünə bilər. (offsideplus.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR