İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalstanyan hamını Paşinyana qarşı mübarizə üçün BU ÜNVANA çağırdı

980 15.05.2024 10:38 Gündəm A A

“Bu gün saat 17:00-da Opera binasında beynəlxalq iqtisadi forum keçiriləcək və bu forumda hökumət başçısı da çıxış edəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə arxiyepiskop Baqrat Qalstanyan Surb Anna kilsəsinin həyətində elan edərək, vətəndaşları həmin saatda orada olmağa və hakimiyyətin siyasəti ilə razılaşmadığını bildirməyə çağırıb.

“Biz Nikol Paşinyana dinc, lakin qəti fikir ayrılığımızı bildirməliyik ki, onlar bizim canımız bahasına qərar qəbul edə və sakit şəkildə yaşamağa davam edə bilməyəcəklər”, - təxribatçı keşiş bildirib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR