İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqallı açıqlamasından sonra 75 milyon dollar İTİRƏ BİLƏR

904 25.11.2023 16:29 Dünya A A

"SpaceX", "Tesla" və "X" sosial şəbəkəsinin sahibi İlon Maskın yəhudilər və Yaxın Şərq münaqişəsi ilə bağlı söylədiyi fikirlərdən sonra "X" sosial şəbəkəsi ilin sonuna kimi reklamdan 75 milyon dollara qədər gəlir itirə bilər.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.

Belə ki, "Airbnb", "Amazon", "Coca-Cola", "Microsoft" və digər şirkətlər artıq sosial şəbəkələrdə reklamı dayandırıb və ya bunu dayandırmağı planlaşdırır.

Məlumata görə, siyahıda reklamını tamamilə dayandıran 100 brend var.

Bunlara texnologiya nəhəngləri, fast food şəbəkələri və siyasi kampaniyalar daxildir.

Nəşrin məlumatına görə, onların bir çoxu bu qərarı noyabrın 15-dən sonra Maskın yəhudilər haqqında söylədiyi fikirlərlə bağlı verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR