İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qadınlarımız hələ də fiziki və mənəvi şiddətə məruz qalır" - Bakıda keçirilən mühüm tədbirdən REPORTAJ VİDEO

895 02.12.2023 21:09 Sosial A A

Dekabrın 2-də “Liatris Holding”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının dəstəyi ilə Heydər Əliyevin 100 illiyinə həsr edilən “Qadına şiddətə son” layihəsi çərçivəsində “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı dəyirmi masa təşkil edilib.

Musavat.com xəbər verir ki, dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, seksual, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına dəstək olmaq məqsədi daşıyan dəyirmi masada dövlət qurumlarının nümayəndələri, tanınmış ictimai xadimlər, millət vəkilləri iştirak edib.

Tədbirdə “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq əməkdaşları, eləcə də millət vəkilləri Arzu Nağıyev, Fazil Mustafa, Jalə Əhmədova çıxış edib.

Tədbir aparıcı media qurumları kapitanlarının müzakirələri ilə davam edib.

TV Musavat-ın əməkdaşlarının tədbirdən hazırladığı reportajı təqdim edirik:

Xalidə Gəray,
Elçin Əkbərov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR