İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadını təhqir etdiyi deyilən vəzifəli şəxs haqda QƏRAR verildi

978 05.02.2024 13:49 Kriminal A A

Şərur Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş Düdəngə kənd icra nümayəndəsi Mübariz Quliyevə hökm oxunub.

Musavat.com-un “Qafqazinfo”ya istinadən xəbərinə görə, məhkəmə M.Quliyevə Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə bəraət verib.

Bildirilib ki, kənddə yerləşən mədəniyyət evinin metodisti G.Əhmədova icra nümayəndəsinin onu təhqir etdiyini və prinsip apardığını iddia edərək məhkəməyə müraciət edib. Lakin məhkəmə araşdırması zamanı ittihamlar sübuta yetirilməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR